Moskvada azərbaycanlı ata və oğul yandırılıbbackend

Moskvada azərbaycanlı ata və oğul yandırılıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az-ın məlumatına görə, hadisə dekabrın 15-də baş verib.

Azərbaycanlı 27 yaşlı oğul və 48 yaşlı ata , həmçinin 27 yaşlı yerli sakin dostları ilə içki məclisində olarkən aralarında mübahisə düşüb və həmin şəxs onların üstünə tez alışan maye tökərək hər üçünü yandırıb. Zərərçəkmişlər 50-60 faiz yanğın xəsarəti ilə xəstəxanaya çatdırılıblar. 48 yaşlı azərbaycanlı dekabrın 19-da ölüb.

Faktla bağlı cinayət işi açılıb. Cinayətkarın tutulması istiqamətində iş aparılır.

İnterpress.az