Narazı müştəri fahişəxananı atəşə tutdu: 6 ölübackend

Narazı müştəri fahişəxananı atəşə tutdu: 6 ölü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisəni San-Paulu şəhərində yerləşən “Leo Drink Bar” fahişəxanasına gələn 27 yaşlı Uilyam Roberto Ferreyra törədib.

Gecə saatlarında obyektə gələn Ferreyra həmişə ona xidmət göstərən fahişə ilə tək qalmaq istəsə də, fahişəxananın sahibi olan 71 yaşlı Leonildo Lyusindo onun başqa müştəri ilə məşğul olduğunu deyib.

Emosiyalarına hakim ola bilməyən Ferreyra avtomobilinə gedərək oradan tapançasını götürüb və fahişəxanaya qayıdaraq onun sahibəsini, 3 fahişəni, mühafizəçini və daha bir müştərini qətlə yetirib.

Hadisə yerini tərk edən Roberto Ferreyranın axtarışları davam etdirilir.

İnterpress.az