Lerik rayonunda avtomobil piyadanı vurubbackend

Lerik rayonunda avtomobil piyadanı vurub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İntepress.az-ın məlumatına görə, hadisə rayonun Piran kəndi ərazisində baş verib.

Belə ki, həmin kəndin sakini 1958-ci il təvəllüdlü Salamat İsa oğlu Nuriyev idarə etdiyi \”VAZ-2106\” markalı, 43-BD-114 dövlət qeydiyyat nömrə nişanlı avtomobillə geriyə hərəkət edərkən rayonun Davradibi kənd sakini 1970-ci il təvəllüdlü Vüqar Şirməmməd oğlu Rzayevi vurub. Nəticədə ağır bədən xəsarətləri alan yaralını sürücü dərhal Lənkəran Rayon Mərkəzi Xəstəxanasına (RMX) çatdırıb.

Xəstəxanadan bildirilib ki, yaralı əməliyyat olunub: \”Avtoqəza nəticəsində xəsarət alan Vüqar Rzayev əməliyyat olunub. Hazırda xəstəxananın Reanimasiya xəstənin vəziyyəti normaldır\”.

Faktla bağlı Lerik Rayon Polis Şöbəsində (RPŞ) araşdırmalara başlanılıb.

İntepress.az