Mənzildə qadın meyiti aşkarlanıbbackend

Mənzildə qadın meyiti aşkarlanıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Nəsimi rayonunda mənzildə 1 nəfər vətəndaşın bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq mənzilə daxil olub və 1948-ci il təvəllüdlü Abbaszadə Rahilə Bəhram qızının cəsədini aşkar edərək aidiyyəti üzrə təhvil veriblər.

İnterpress.az