Azərbaycanlını Peterburqda oğurlayıb soydularbackend

Azərbaycanlını Peterburqda oğurlayıb soydular

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, kişi dekabrın 22-də ona avtomobilin satıldığı Tipanov küçəsindəki \”Piter” mərkəzinə gedib.

Onu orada 3 cinayətkar ələ keçirərək qara \”Cip”ə mindiriblər. 22 yaşlı azərbaycanlını avtomobilin içərisində döyərək milyon rubl tələb ediblər.
Azərbaycan vətəndaşı bir neçə saat şəhərdə gəzdirilib, sonradan ticarət mərkəzinin avtomobil dayanacağına gətirilib və orada əllərini qandallamağa cəhd edilib.

Azərbaycanlı müqavimət göstərib, üzündən bıçaq xəsarəti alıb, ancaq cinayətkarların əlindən yaxasını qurtararaq qaça bilməyib.

Xəsarət alan 22 yaşlı kişi xəstəxanaya yerləşdirilib. Onu qarət edənlər axtarılır.

İnterpress.az