Ermənipərəst rus deputatın sərsəm açıqlamasına – Reaksiyabackend

Ermənipərəst rus deputatın sərsəm açıqlamasına – Reaksiya

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

\”Dağlıq Qarabağ münaqişəsi yalnız sülh yolu ilə həll olunmalıdır. Qarabağdakı dörd günlük (aprel döyüşlərini nəzərdə tutur-red.) müharibəyə görə məsuliyyəti Azərbaycan daşıyır”.

Bunu Ermənistan mediasına müsahibəsində Rusiya Dövlət Dumasının MDB işləri üzrə, Avrasiyaya inteqrasiya və həmvətənlərlə əlaqə komitəsinin birinci müavini Konstantin Zatulin deyib. \”Azərbaycan Vyana əldə olunan razılaşmaya niyə görə əməl etmir” sualına Zatulin belə cavab verib: \”Əgər biz özümüzə sual verməyə başlasaq ki, niyə hansısa söz yerinə yetirilmir, onda 80-cı illərə qayıdıb Dağlıq Qarabağ ətrafında nələr baş verdiyinə baxmalıyıq.Apreldə nə baş verdiyi bizə məlumdur. Bu faciəli hadisə Azərbaycanın atəşkəs rejimini pozması nəticəsində baş verib. Ona qədər də atəşkəs rejimi pozulurdu, ancaq dörd günlük müharibə zamanı şahid olduğumuz bu templə pozulmamışdı”.

Pressday.az xəbər verir ki, rus deputatın sözlərinə görə, aprel hadisələrindən sonra erməni cəmiyyətindəki hökm sürən əhval-ruhiyyəni zəiflətmək lazımdır: \”Təəssüf ki, ancaq hazırda Ermənistanda müttəfiqlik öhdəliklərinin yerinə yetirilməsinə dair tərəddüdlər də var. Düşünürəm ki, Rusiya bu şübhələrin neytrallaşdırılması və minimuma endirilməsi üçün əlindən gələni etməlidir”.

Zatulinin fikrincə, Ermənistanla Rusiyanın müttəfiqlik əlaqələri dərindir və hərtərəflidir: \”Təkcə bu il Ermənistan və Rusiya arasında birgə hərbi hava müdafiə sistemi haqqında müqavilə imzalanıb, Rusiya ilk dəfə digər ölkəyə \”İsgəndər” kompleksini verib ki, bu da Ermənistandır”. Rusiyalı deputatın sözlərinə görə, Qarabağ münaqişəsi bu qaydada nizamlana bilər: Dağlıq Qarabağ Azərbaycanın tərkib hissəsi olmur, o, Azərbaycanın tərkibinə daxil olmamalıdır. Çünki artıq Azərbaycan SSR mövcud deyil. \”Dağlıq Qarabağ Respublikası”nın ətrafında ərazilər isə Azərbaycana qaytarıla bilər”.

Göründüyü ki, rus deputat faktiki olaraq işğalı dəstəkləyib və Azərbaycana öz ərazisinin bir hissəsindən imtina etməyi təklif edib. Qeyd edək ki,Zatulin illərdən bəri Qarabağ məsələsində Ermənistanın mövqeyini müdafiə edir, erməni lobbisinin təsiri altında Azərbaycanın əleyhinə mövqe sərgiləyir. O, sıradan birisi olsaydı, bəlkə də söylədiklərini ciddi qarşılamaq olardı. Zatulin Dövlət Dumasının üzvüdür, həm də MDB işləri üzrə komitədə ikinci şəxsdir.

Bəs, Azərbaycanın xarici siyasət idarəsi Zatulinin açıqlamasına görə Rusiyadan izahat tələb edəcəkmi?

Azərbaycanın Xarici İşlər Nazirliyinin mətbuat katibi Hikmət Hacıyev \”Yeni Müsavat”açıqlamasında bildirib ki, bu adamın(Zatulinin-C.P.)erməni lobbisinin və Ermənistanın təsiri altında olması göz qarşısındadır: \”O, Ermənistanın aləti olaraq işğalçı ölkənin qarşısında özünə \”nüfuz” qazanmaq üçün bu kimi cəfəng bəyanat çıxış edir. O Azərbaycan-Rusiya əlaqələrinin inkişaf dinamikasından və gündəlikdə olan məsələlərdən yəqin ki, bixəbərdir. Ümumiyyətlə isə,Azərbaycan-Rusiya əlaqələrinin inkişafından və iki xalqın dostluğundan narahatlıq keçirir. Amma qarşıdan gələn dövrdə onun narahatlığı və məyusluğu daha da artacaq. Belə ki, Rusiya ilə Azərbaycan arasında əməkdaşlığın və tərəfdaşlığın hərtərəfli inkişafı üçün yeni layihələrimiz var. Bu kimi layihələrin icrası da Rusiya baş nazirinin müavini Raqozinin Azərbaycana son səfəri və onun da həmsədr olduğu Rusiya-Azərbaycanhökumətlərarası birgə komissiyanın iclasında müzakirə edilib”.

XİN rəsmisi onu da bildirdi ki, rəsmi Bakı Moskvaya hər hansı yazılı müraciət etməyi nəzərdən keçirmir: \”Çünki Zatulin adətən, mövqeyi və xisləti bəlli olan insandır. Onun Rusiya-Azərbaycan əlaqələrindən narahatlıq keçirdiyiniəks etdirən bəyanatlarını Rusiyadan olan həmkarlarımız və dostlarımız da görürlər. Biz Zatulin kimi şəxslərin açıqlamalarını ciddi qəbul etmirik”.

H.Hacıyev bir məqamı da vurğuladı: \”Zatulin Azərbaycanın işğal olunmuş ərazilərinə də səfər edib və onun adı \”arzuolunmaz şəxslər”insiyahısındadır. Zatulin23 may 2010-ci ildə qondarma \”Dağlıq Qarabağ Respubliksı”ndakı \”parlament seçkilərini” müşahidəçi statusunda işğal zonasına qanunsuz səfər edib və o vaxtdan adı \”qara siyahı”ya salınıb”.
Görünən budur ki, Azərbaycan Rusiya Dövlət Dumasının vitse-spikeri Vladimir Jirinovskinin mövqeyini öz xeyrinə dəyişəndən sonra Dövlət Dumasında daha bir \”Jirinovski” peyda olub…Ən azı parlamentlərarası dostluq qrupları və Rusiya ilə yaxın əlaqələri olan təşkilatlar, rəsmilər səviyyəsində Azərbaycanın ərazi bütövlüyünü təhdid edən bu şəxsin susdurulmasını tələb etmək mümkündür. Yoxsa Zatulinin davranışları digərləri üçün də stimul rolunu oynaya, anti-Azərbaycan çevrəsi genişlənə bilər…

İnterpress.az