Bakıda kütləvi dava – 1 nəfər bıçaqlandıbackend

Bakıda kütləvi dava – 1 nəfər bıçaqlandı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hadisə Suraxanı rayonu, Bülbülə qəsəbəsində küçədə qeydə alınıb.

Belə ki, 8 nəfərin davası zamanı 23 yaşlı Ağayev Vüsal Nəsib oğlu bıçaqlanıb. O, təcili yardım vasitəsilə xəstəxanaya yerləşdirilib. Yaxınlarının dediyinə görə, V.Ağayev davada iştirak etməyib. O, dalaşan tərəfləri sakitləşdirməyə çalışıb və bu zaman bıçaqlanıb.

Faktla bağlı Suraxanı Rayon Polis İdarəsində araşdırma aparılır. ( report.az )

İnterpress.az