İki yaşlı körpə yanaraq öldübackend

İki yaşlı körpə yanaraq öldü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, dekabrın 24-də saat 20 radələrində Balakən rayonunun Tülü kəndində yaşayan Səltənət Məmmədovanın evində yanğın baş verib. Nəticədə evin yanar konstruksiyaları və oradakı əşyalar yanıb, yanğın söndürüldükdən sonra S.Məmmədovanın nəvəsi, 2 yaşlı Ramal Alagözovun yanmış meyiti tapılıb.

Araşdırma aparılır.

İnterpress.az