“Onlar Azərbaycan xalqının birlik və inkişafını görmək istəmir”backend

“Onlar Azərbaycan xalqının birlik və inkişafını görmək istəmir”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bunu Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi, İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibtilə keçirilən fərdi jurnalist müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimində deyib.

O bildirib ki, azad mediasız, intellektli jurnalistsiz cəmiyyətdə nə isə etmək çətindir: “Bir tərəfdən medianın peşəkarlığının və jurnalistlərimizin vətənpərvərlik hisslərinin artırılması, texniki bazasının güclənməsi istiqamətində işlər görürük və görməkdə davam edirik. Prezident İlham Əliyev sizin arxanızdadır, dostunuzdur. Azərbaycan dövləti bundan sonra mövcudluğunu, gələcək inkişafını, bizim üçün taleyüklü məsələ olan Dağlıq Qarabağ problemi, Azərbaycanın geosiyasi maraqlarının reallaşmasını jurnalistlərsiz görmür və təsəvvür etmir. Bu gün sizə ehtiyacımız hər zaman olduğundan daha çoxdur. Azərbaycan dövlətinə bu gün hər zamankından daha çox xidmət göstərməlisiniz”.

Prezidentin köməkçisi vurğulayıb, bu gün Azərbaycan dünyada nə qədər nüfuz və hörmət qazanıb, inkişaf pillələrində nə qədər yüksəlibsə, bir o qədər əleyhdarları meydana gəlib: “Dünyada böyük erməni lobbisi, diasporu ilə qarşı-qarşıyayıq, böyük islamafob dairələri ilə üzbəüzük, Azərbaycanı istəməyən region və dünyadakı qüvvələr, missioner təşkilatlar var ki, onlar Azərbaycan xalqının birlik və inkişafını görmək istəmir və buna qarşı müxtəlif maneələr yaradır. Bu istiqamətdə sizdən kömək gözləyir və umuruq, düşünürük ki, bu köməyi dövlətimiz və millətimizdən əsirgəməyəcəksiniz”.

İnterpress.az