Tovuzda ana və qızı dəm qazından zəhərlənibbackend

Tovuzda ana və qızı dəm qazından zəhərlənib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az verdiyi məlumata görə, rayonun Abulbəyli kənd sakini, 1974-cü il təvəllüdlü Bəndəliyeva Vəsilə və onun qızı, 2003-cü il təvəllüdlü Bəndəliyeva Tamella dəm qazı zəhərlənməsi əlaməti ilə Tovuz rayon Mərkəzi Xəstəxanaya yerləşdiriliblər.

Onlara dərhal tibbi yardım göstərilib. Vəziyyətlərinin orta ağır olduğu bildirilir. Məlumata görə, ana və qız yaşadıqları evin vanna otağında dəm qazından zəhərləniblər.

İnterpress.az