Məktəb direktorlarına muxtariyyət verilsin?- ŞƏRHbackend

Məktəb direktorlarına muxtariyyət verilsin?- ŞƏRH

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Təəsüflər olsun ki, hazırda böyük sayda direktorlar vəzifələrini icra edə bilmirlər. Belə olmasaydı son beş ayda işdə əmək məcəlləsinin 70-ci bəndi ilə çoxlu sayda direktor azad edilməzdi. Təkcə 2016-cı ildə Bakı şəhərində 15-ə yaxın belə fakt yaşandı. Onların sayı qurtarmayıb, hələ də var.

İnterpress.az xəbər verir ki, bunu təhsil üzrə ekspert Kamran Əsədov təhsil Naziri Mikayıl Cabbarovun məktəb direktorlarının muxtariyyəti daha çox olmalıdır fikirinə münasibət bildirərkən deyib.

Mən hesab edirəm ki, orta məktəb direktorlarına müəllimlərin işə qəbulu üzrə məsələlərdə müstəqillik verməyə ehtiyac hələki yoxdur. Düzdür, bu təklif təhsilin inkişafına yönəlmiş addımdır. Amma bizim məktəbləri idarə edən direktorların böyük faizi buna hazır deyil. Əlbəttə nazir bunu orta məktəblərin səmərəliliyini artırmaq üçün həyata keçirməyi düşünür. Biz qanun vericiliyə baxsaq görərik ki, onsuz da məktəb direktorlarının kifayət qədər müstəqilliyi və səlahiyyətləri var: “Direktor məktəbdə təlim-tərbiyə və maliyyə-təsərrüfat işinin səmərəliliyini yüksəltmək, hər bir işçinin məsuliyyətini artırmaq məqsədi ilə müvafiq normativ-hüquqi sənədlər və \”Təhsil Sahəsi İşçilərinin Qulluqçu Vəzifələrinin Vahid Tarif – İxtisas Sorğu Kitabçası\” əsasında işçilər arasında vəzifə bölgüsü aparır və bunu əmrləşdirir. Düşünürəm ki, onlara muxtariyyət verməklə həmdə onlara hegemonluq vermiş oluruq”.

Ekspert müəllimlərin, ümumən də kadrların işə qəbulu çox ciddi məsələ olduğunu da vurğulayıb. Təhsil Nazirliyi özü son illər ərzində bu sahədə böyük təcrübəyə malik olsa da, məktəb rəhbərliyi o qədər də peşəkar deyil. Təsəvvür edin ki, 2009-cu ilə qədər müəllimlərin işə qəbulu rayon təhsil şöbələri və direktorların səlahiyyətində idi və il ərzində müəllimlərin işə qəbulu 700-900 arası idi. Sonra bu mərkəzləşmiş qaydada həyata keçrilməyə başladı ki, bu uğurlu islahatın nəticəsində 2013- cü ildə müəllimlərin işə qəbulu imtahanında cəmi 1240-a, 2016- ci ildə isə 2400-dan çox oldu. Əlbətdə ki, bu təhsildə inqilab hesab oluna biləcək hadisədir: “2012-ci ildə TQDK-nın (DİM) sədri Məleykə Abbaszadə açıqladı ki, 1992-2011-ci illər ərzində 22 min 332 nəfər TQDK-nın \”qara baza\”sına düşüb və hazırda həmin şəxslər saxta diplomlarla fəaliyyət göstərir. 2014-cü ildə isə Təhsil Nazirliyi 2500 nəfərdən çox müəllimin saxta diplomla müəllim işlədiyini bildirmişdi. Bu qədər böyük sayda müəllimi kim işə qəbul etmişdi? əlbətdə ki, məktəb direktorları. Düzdür, son illər ərzində direktorların da işə qəbulu imtahan yolu ilə həyata keçrilir. O da danılmaz faktdır ki, direktorların işə qəbulu Bakıda olduğu kimi rayonlarda şəffaf deyil. Yəni Bakıda kənar təsirlər olmasa da, rayonlarda İcra hakimiyyətinin, rayon təhsil şöbələrinin razılığı olmadan direktor nə işləyə nədə ki, təyin oluna bilər. Bu təzyiq altında əlbətdə ki, onlara hansısa bir müstəqillik verilmısindən söhbət belə gedə bilməz. Hazırda Azərbacanda olan 4450 məktəbdə həm nazirliyin, həm də ictimaiyyətin etibar etdiyi direktorları tam formalaşdırılmayıb. Təbii ki, onların hamısı da birdən birə əvəz etmək olmaz. Hesab edirəm ki, bu muxtariyyət məsələsində də ehtiyatlı olmaq lazımdır”.

Xatırladaq ki, 2016-cı təqvim ilinin yekununda təhsil naziri Mikayıl Cabbarov “Media ilə üz-üzə” verilişinə müsahibəsində bildirib ki, müəllimlərin mərkəzləşdirilmiş qaydada işə qəbulu ən uğurlu yol olduğu qənaətində deyil: “Çünki müasir məktəbin müəllimini həmin məktəbin müasir direktoru seçməlidir. Əgər müəllim imtahan verib biliyini təsdiqlədibsə , o, müasir məzmunlu pedaqoqikanı, psixologiyanı bilirsə artıq məktəb direktorunun hüququdur ki, onu seçsin. Qısa müddət ərazində bir sıra məktəblərə bu hüquq veriləcək”. Və Nazir xüsusi olaraq vurğulayıb ki, məktəb direktorlarının muxtariyyəti daha çox olmalıdır.

Gülşanə Mustafayeva
İnterpress.az