Mənzilə civə dağıldıbackend

Mənzilə civə dağıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, dünən Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Xətai rayonunda mənzildə termometr sınmış, nəticədə daxilindəki civə ətrafa dağılıb.
Nazirliyin mətbuat xidmətindən İnterpress.az-a verilən məlumata görə, maye halında olan kimyəvi maddə nazirliyin Mülki Müdafiə Qoşunlarının mütəxəssisləri tərəfindən müvafiq qaydada yığılıb və çirklənmiş ərazi demerkurizasiya edilib. Əməliyyat saat 13:30-da başa çatıb.

İnterpress.az