“Rusiya Azəbaycana “İsgəndər” satmayacaq”backend

“Rusiya Azəbaycana “İsgəndər” satmayacaq”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az-ın xəbərinə görə, bunu Ermənistanın tert.am portalına müsahibəsində Rusiya Dövlət Dumasının deputatı, general Viktor Vodolaski bildirib.

Onun sözlərinə görə, vaxtı ilə vaxtı ilə Rusiya Dövlət Dumasının Müdafiə məsələləri üzrə komitənin sədr müavini olduğundan çox şeydən xəbərdardır.

“Buna görə də, mən çox şeyi yaxşı bilirəm. Bu məsələ müdafiə, təhlükəsizliklə, Rusiyanın hərbi sənaye kompleksi ilə bağlıdır. Biz “İsgəndər” raketini yalnız bir ölkəyə satmışıq – o da Ermənistandır. “İsgəndər” başqa heç bir ölkəyə satılmayacaq”-deyə əlavə edib.

Vodolaski qeyd edib ki, Rusiya Azərbaycana hücum xarakterli silahlar satmır.

“Biz dünyada əsas silah təchizatçıyıq. Biz rekatləri yaxşı hazırlayırıq. Aydındır ki, biz dünyanın çox ölkəsində, həmçinin Azərbaycana silah satırıq. Ancaq biz onlara hücum xarakterli silahlar satmırıq. Mən bilirəm ki, bu silahlar Qarabağ münaqişəsi zonasında istifadə edilməyəcək”.

Deputat Ermənistanın Rusiyanın icazəsi olmadan “İsgəndər” raketlərindən istifadə edə bilməyəcəyi haqda fikirlərə də münasibət bildirib.

Onun sözlərinə görə, raketlər Ermənistana satıldığından bu, artıq həmin ölkənin mülkiyyətidir.

İnterpress.az