“Milliön”dən 3 min manat oğurlandıbackend

“Milliön”dən 3 min manat oğurlandı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, Hacıqabul şəhəri H.Həmidov küçəsində, ticarət mərkəzinin ərazisində yerləşən \”Milliön\” terminalı qarət edilib. Terminalı arxa tərəfdən sındıran şəxslər oradan 3 min manatdan çox pul aparıblar. Hacıqabul rayon Polis Şöbəsində hadisəni törədən şəxs və ya şəxslərin müəyyənləşdirilməsi istiqamətində əməliyyat tədbirləri həyata keçirilir.

Faktla bağlı araşdırma aparılır. (apa)