Kürdəmirdə üç avtomobil yolun kənarına aşıbbackend

Kürdəmirdə üç avtomobil yolun kənarına aşıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az-ın yerli bürosunun xəbərinə görə, Bakı-Qazax əsas magistral yolunun 207-ci kilometrliyində, Kürdəmir rayonun Qarabucaq kəndindən keçən hissəsində Şirvan rayon sakini, 1978-ci il təvəllüdlü Elnur Nazim oğlu Abdullayevin idarə etdiyi \”Mitsubishi\” markalı maşın idarəetmədən çıxaraq yol kənarına aşıb. Şəki rayon sakini, 1963-ci il təvəllüdlü Təmraz Taleh oğlu Sadıqovun idarə etdiyi \”VAZ-21014\” markalı avtomobili yolda saxlaraq, E. Abdullayevə yardım etmək istəyib. Bu zaman Ağstafa rayon sakini, 1972-ci il təvəllüdlü Kamil Firudin oğlu Nağıyevin idarə etdiyi \”VAZ-2106\” markalı minik maşını \”VAZ-20014\”\’ çırpılıb. Zərbənin gücündən hər iki maşın yoldan çıxaraq aşıb. Nəticədə \”VAZ-2106\”-nın sürücüsü və sərnişini Məhluqə Nağıyeva aldıqları xəsarətlərlə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı Baş Dövlət Yol Polisini İstintaq və Təhqiqat Şöbəsində araşdırma aparılır.

İnterpress.az