Ata oğlunu və gələcək gəlinini yandırdıbackend

Ata oğlunu və gələcək gəlinini yandırdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, hadisə nəticəsində yanaraq ağır vəziyyətdə xəstəxanaya düşənlərdən biri azərbaycanlı gənc, o biri isə onunu sevgilisi imiş. Hadisənin ən dəhşətli tərəfi isə odur ki, onları azərbaycanlı gəncin Nail adlı 47 yaşlı atası yandırıb

Polisin ilkin araşdırması zamanı məlum olub ki, hadisəni törədən Nail və oğlu tikintidə işləyirmiş. Nailin oğlu Beslan Sosenskoe qəsəbə sakini olan Yulya adlı qızla sevgiliymiş. Həmin gün Beslan Yulyanı atasıyla tanış etmək üçün yaşadıqları evə gətirib. Və atasına da bildirib ki, onlar tezliklə evlənəcəklər. Bundan sonra hər üçü bir yerdə məclis qurublar. Bir qədər sonra Beslan siqaret çəkmək üçün bayıra çıxıb. Geri qayıdanda isə gördüyü səhnədən dəhşətə gəlib: atası Yulyanı çarpayıya uzadıb zorlamaq istəyirmiş.

Atasının üstünə qışqıraraq onu geri itələyən Beslan qızı götürüb getmək istəyib. Bu vaxt Nail otaqda olan benzin kanistrini onların üstünə tökərək yanğın törədib.

Eyni zamanda, benzin onun da paltarına sıçrayıb. Gənclər yanan evi tərk etməyə macal tapıblar. Nail isə sərxoş olduğundan bayıra çıxa bilməyərək yanaraq ölüb. Amma Beslan və Yulya da ağır xəsarət alıblar. Hər ikisinin bədənində çoxlu yanıq izləri var və vəziyyətləri orta ağır kimi qiymətləndirilir. (lent.az)

İnterpress.az