Ceyran oğruları tutuldubackend

Ceyran oğruları tutuldu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnnterpress.az məlumat verir ki, parkının ərazisində ceyranların qanunsuz tutularaq oğurlanması barədə şübhələr yaranıb və Milli park tərəfindən bu istiqamətdə müvafiq araşdırmalara başlanılıb. Bir müddət aparılan daxili araşdırmalar bu günlərdə öz bəhrəsini verib.

Verilmiş məlumat əsasında dekabrın 24-də polis şöbəsinin əməkdaşları Şirvan Milli parkının işçiləri ilə birlikdə əməliyyat tədbirləri həyata keçirib. Şərti alıcının cəlb edilməsi ilə keçirilən əməliyyat uğurla nəticələnib.

Həmin gün keçirilən əməliyyat tədbirləri nəticəsində parkın gözətçiləri İntiqam Ağasıyev və İslam Rzayev də şübhəli şəxs qismində saxlanılıb. Oğrular törətdikləri cinayəti etiraf ediblər. Həmin gün akt tərtib olunaraq ceyran balası Şirvan Milli parkına buraxılıb.

Polisin bu gün keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində dəstənin daha iki üzvü saxlanılıb. Onlar Şirvan Milli parkının əməkdaşları, Seyfəli Süleymanov və onun oğlu Şaiq Süleymanovdur. Həyətyanı sahədəki tövləyə baxış keçirilən zaman 2 baş diri ceyran, 3 ədəd ov tüfəngi, patronla dolu daraq aşkarlanıb.

Şaiq Süleymanov ceyranları Şirvan Milli parkının yeger mühafizəçisi Səyyar Nəcəfovun saxlamaq üçün ona verdiyini deyib.

Faktla bağlı Salyan rayon Polis Şöbəsində cinayət işi açılıb, araşdırma aparılır.

İnnterpress.az