Bakıda Putinə sui-qəsdi kim hazırlamışdı?backend

Bakıda Putinə sui-qəsdi kim hazırlamışdı?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, 2002-ci ilin yanvarında baş vermiş həmin hadisəyə vaxtilə Azərbaycanın mərhum prezidenti Heydər Əliyev və sabiq milli təhlükəsizlik naziri Namiq Abbaasov da münasibət bildirmişdi.

“Terror aktını İraq vətəndaşı Kənan Rüstəm törətməli idi. O, \”Əl-Qaidə\” lideri Üsəma Ben Ladeninin adamları ilə də əlaqədə olub. Putinin səfərindən 3 ay öncə Azərbaycan Milli Təhlükəsizlik Nazirliyi ona qarşı Bakıda sui-qsədin planlaşdırıldığı barədə məlumat alır. Səfərin başlanmasına 10 gün qalmış isə MTN partlayıcıların Azərbaycan ərazisinə gətirildiyini müəyyənləşdirir”.

NTV telekanalı bu vaxta qədər heç bir azərbaycanlı jurnalistin terrorçu ilə maraqlanmadığını və ondan müsahibə almağa maraq göstərmədiyini bildirib.

Kənan Əhməd Rüstəmin Qobustandakı xüsusi rejimli cəzaçəkmə müəssisəsində saxlanıldığı bildirilir.