Bakının mərkəzində qəzabackend

Bakının mərkəzində qəza

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, hadisə şahidlərinin qaynarinfo.az-a verdiyi məlumata görə, avtomobil qəzası təxminən saat 14 radələrində Bakının İstiqlaliyyət küçəsi ilə Azərbaycan prospektinin kəsişməsində baş verib. \”Nissan\” markalı 10-AS-016 dövlət nişanlı avtomobil ani olaraq idarəetməni itirərək yolun kənarındakı işıqfora çırpılıb.

Şahidlər bildirirlər ki, avtomobil işıqfora dəyməsəydi, qəza tələfatla nəticələnə bilərdi. Qəza nəticəsində biri kişi, biri isə qadın olmaqla iki nəfər yüngül xəsarət alıb. Hadisə yerinə dərhal yol polisi cəlb olunub.

Avtosfer.az isə xəbər verir ki, sözügedən avtomobil Konstitusiya Məhkəməsinin hakimlərindən birinin xidməti avtomobildir. Qəza hakim işə gedərkən baş verib. Qəzaya düşən hakimin kimliyi barədə məlumat verilmir.

İnterpress.az