Xətai sakini 4-cü mərtəbədən yıxıldıbackend

Xətai sakini 4-cü mərtəbədən yıxıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Xətai rayonunda vətəndaşın 4 mərtəbəli binanın 4-cü mərtəbəsinin eyvanından yıxılaraq blokun giriş qapısının üstündəki beton örtüyün üzərinə düşərək köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Dərhal Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq vətəndaşı aşağı endirərək aidiyyatı üzrə təhvil veriblər. Əməliyyat saat 17:34-də başa çatıb.

İnterpress.az