Vəkil deputat Astan Şahverdiyevin xanımına cavab verdibackend

Vəkil deputat Astan Şahverdiyevin xanımına cavab verdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, bunu \”Report\”a açıqlamasında vəkil Adəm Məmmədov Milli Məcilisin deputatı Astan Şahverdiyevin həyat yoldaşı Solmaz Şahverdiyevanın ittihamlarını cavablandırarkən bildirib.

O, A.Şahverdiyevi özünə rəqib hesab etmədiyini deyib: \”Bu, mənim təbiətimə uyğun olan iş və hərəkət deyil. Parlament seçkiləri zamanı Astan Şahverdiyevlə mübarizə aparsam da, onu özümə rəqib saymırdım. Ümumiyyətlə, o, mənim nəinki rəqibim, hətta düşmənim də ola bilməz. Gərək insanın düşməni layiqli adam olsun. Mən sözümü açıq deyən şəxsəm. Onun barəsində tənqidi fikirlərimi əvvəlcədən söyləmişəm. Seçkilər zamanı onun fəaliyyətsizliyi, özünü apara bilməməsi ilə bağlı fikrimi bildirmişəm. Onun həyat yoldaşının nömrəsini kiməsə vermək doğru deyil. Guya nömrəni tapmaq çətin işdir? Mən onun nömrəsini bilsəm də, heç kimə vermərəm. Bu barədə mənə məlumat çatdırıblar. Qətiyyən, bu işdən xəbərim belə yoxdur. Mən mübarizəmi dürüst aparıram. Ən qatı düşmənim olsa da belə etmərəm. Özü də kiminsə həyat yoldaşına qarşı belə etmək düzgün deyil\”.

Qeyd edək ki, Milli Məcilisin deputatı A.Şahverdiyevin həyat yoldaşı S.Şahverdiyeva \”Publika.az\” saytına müsahibəsi zamanı onun telefon nömrəsini vəkil A.Məmmədovun yaydığını bildirib.

İnterpress.az