İmişlidə ağır qəza – 8 nəfər yaralandıbackend

İmişlidə ağır qəza – 8 nəfər yaralandı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, Apa-nın Mil-Muğan bürosunun məlumatına görə, axşam saatlarında İmişlidə rayonunda məskunlaşan Füzuli rayon sakini, 1958-ci il təvəllüdlü Qasımov Fərmail Əlheydər oğlu idarə etdiyi \”VAZ-2106” markalı avtomobillə İmişli sakini, 1982-ci il təvəllüdlü Abışov Yengibar Yadigar oğlunun idarə etdiyi \”VAZ-2107” markalı avtomobil toqquşub. Nəticədə avtomobilin sürücüləri, sərnişinlər Füzuli rayon sakinləri – 1963-cü il təvəllüdlü Cəfərova Elmira Adışirin qızı, onun bacısı, 1971-ci il təvəllüdlü Züleyxa Cəfərova, 2002-ci il təvəllüdlü Cəfərova Bəsti Elxan qızı, 2004-cü il təvəllüdlü Cəfərov Elşad Elxan oğlu, 1988-ci il təvəllüdlü Əliyeva Gülnar Cəfər qızı və Quliyeva Dərya Pərviz qızı müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar İmişli Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı İmişli rayon polis şöbəsində araşdırma aparılır.

İnterpress.az