Oğuzda “VAZ ağaca çırpıldı – Ölən varbackend

Oğuzda “VAZ ağaca çırpıldı – Ölən var

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, Apa-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, rayonun Ərmənət kənd sakini, 1990-cı il təvəllüdlü Şahmar Adil oğlu Musayev idarə etdiyi \”VAZ 21093” markalı 10 BU 046 dövlət nömrə nişanlı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib və nəticədə maşını yolun kənarındakı ağaca çırpılıb.

Hadisə rayonun Top kəndinə gedən yolda baş verib.
Qəza nəticəsində Ş. Musayev və onun sərnişini, həmkəndlisi, 1992-ci il təvəllüdlü Toğrul Sadəddin oğlu Əliyev müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Onlar Oğuz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirib.

Xəstəxanadan bildirilib ki, Ş. Musayevin vəziyyəti ağır olduğundan ilkin yardım göstərildikdən sonra müayinə və müalicəsini davam etdirmək üçün o, Bakı şəhərindəki xəstəxanalardan birinə göndərilib.

T. Əliyev isə Şəki Mərkəzi Rayon Xəstəxanasına (MRX) göndərilib. Şəki MRX-dan verilən məlumata görə, kəllə-beyin travması diaqnozu və travmatik şok vəziyyətdə xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilən T. Əliyevin həyatını xilas etmək mümkün olmayıb. O, xəstəxanaya daxil olduqdan iki saat sonra ölüb.
Faktla bağlı Oğuz rayon Polis Şöbəsində araşdırma aparılır.

İnterpress.az