Əli İnsanov və İlqar Məmmədov azadlığa buraxılır: əfv kimlərə çıxır?backend

Əli İnsanov və İlqar Məmmədov azadlığa buraxılır: əfv kimlərə çıxır?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu barədə Politika.Az-a Əfv Komissiyasındakı mənbədən məlumat daxil olub. Məlumatlı qaynağın sözlərinə görə, prezident hər bayramda humanist addım ataraq yüzlərlə məhkumu sevindirir, ailələrinə qovuşdurur. Yeni il ərəfəsində də əfv olacağına saatlar qalır.

Əldə olunan bilgiyə görə, siyahıda tanınmışlar da var. Əsas gözlənti sabiq səhiyyə naziri Əli İnsanovun həbsdən çıxacağıdır. Əfv siyahısında REAL sədri İlqar Məmmədov və sabiq səhiyyət naziri Əli İnsanovun adı keçir.

Məlumatlı qaynağımız qeyd edir ki, bu siyahı üzrə eks-nazirin şansının daha yüksək olduğu bildirilir. İddialara görə, Ə.İnsanovla siyasi hakimiyyət arasında bir centlemen sazişi bağlanıb.

Bu anlaşmanın əsas müddəası ondan ibarətdir ki, keçmiş nazir əfvə imza ataraq azadlığa çıxacaq və Ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edəcək. İlkin razılaşmaya görə onun barəsində açılan yeni cinayət işinə xitam verilir və ev dustağı kimi azad olunur.

İddialara görə, tanınmışlardan Qiyas və Bayram, Faiq Əmirli, Rüfət Səfərov, Nardaran işində tutulanlar, Səid Dadaşbəyli və dəstəsi, Elgiz Qəhrəman və s. şəxslər azadlığa çıxmaya bilər. Həm məhkəmə hökmü yoxdur, həm adları siyahıda getmir.

Amma Seymur Həzi, Əbdül Əbilov, Nicat Əliyev, Araz Quliyev, Rəşad Ramazanov, Seymur Həzi, Cavid Şirəliyev,Tofiq Həsənli və Saday Şəkərli əfv oluna bilər.

Politika.Az xəbər verir ki, əfvetmə Azərbaycan Respublikası məhkəmələri tərəfindən məhkum edilmiş şəxslərə və ya başqa dövlətlərin məhkəmələri tərəfindən məhkum olunmuş və cəzalarını Azərbaycanda çəkən ölkə vətəndaşlarına, əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə tətbiq edilə bilər.

Əfv fərmanı ilə məhkum cəzasının qalan hissəsini çəkməkdən azad edilə, təyin olunmuş cəzanın müddəti azaldıla, cəzasının çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edilə bilər.

Həmçinin ömürlük azadlıqdan məhkum olunmuş şəxsin cəzası 25 ildən çox olmayan müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilə bilər, habelə cəzanı çəkmiş şəxsin məhkumluğu götürülə bilər.

Əfv fərmanı müvafiq dövlət orqanları tərəfindən fərmanda göstərilən müddəaların mütləq qaydada icra edilməsi üçün hüquqi əsasdır.

Əfvetmə şəxsə bəraət qazandıran və cinayətin törədilməsi faktını aradan götürən hal deyil. Əfvetmə məhkum olunmuş şəxsə göstərilən humanizmin təzahürüdür.

“31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi günündə əfv sərəncamının veriləcəyi istisna edilmir. Hər il olduğu kimi bu ilin sonunda da cənab prezident tərəfindən əfv sərəncamının imzalanması gözlənilir”.

Politika.Az yada salır ki, bu sözləri prezident yanında Əfv Komissiyasının üzvü, hüquqşünas Əliməmməd Nuriyev deyib.

Komissiya üzvü bildirib ki, ölkə başçısının bu ildə öz səlahiyyətlərindən istifadə edərək bir qrup məhkumu sevindirəcəyi istisna deyil.

İnterpress.az