Məktəb şagirdi intihar etdibackend

Məktəb şagirdi intihar etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hadisə Xəzər rayonunun Zirə qəsəbəsi, Müslüm Moqamayev küçəsi 93 ünvanında qeydə alınıb. Həmin ünvanda yaşayan 16 yaşlı Firuz Kamal oğlu Məmmədov evin hamamında özünü asıb.

241 saylı məktəbin direktorun müavini Şəlalə Əsgərova AzNews.az-a açıqlamasında hadisədən bu gün səhər xəbər tutduqlarını bildirib:

\”Firuz Məmmədovun hansı səbəbdən intihar etməsi bizə də məlum deyil. Hadisə dünən onun yaşadığı evdə olub. O qədər də yaxşı oxumurdu, səhhətində heç bir problem yox idi. Kasıb bir ailədir. Ailədə 4 uşaqdır. Ata-ana işləyir, uşaqlar da yeri gələndə ailəyə kömək edirdi. Firuzun özündən böyük qardaşı var. Bacıları da bu məktəbdə oxuyur. Doğrusu, onun niyə belə hərəkət etməsi bizə də qaranlıqlıdır. Yəqin ki, yaxın vaxtlarda məlum olar.\”

Faktla bağlı cinayət işi açılıb, hazırda istintaq gedir.

İnterpress.az