Türkiyə və Rusiya Suriya məsələsində razılığa gəldilərbackend

Türkiyə və Rusiya Suriya məsələsində razılığa gəldilər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az.Az xəbər verir ki, Rusiya və Türkiyə Suriyada savaşan tərəflərə atəşkəsi başlamaq üçün təklif edəcəkləri plan üzərində razılıq əldə ediblər.

Türkiyənin xarici işlər naziri Mevlüt Çavuşoğlu əldə edən razılığa aid açıqlamalar verib.

Plana əsasən Bəşər Əsəd rejimi və rejim tərəfdarı terrorçu qruplaşmaların müxaliflərə qarşı mübarizə apardığı bütün ərazilərdə atəşkəs tətbiq ediləcək.
Rəsmi Ankara və rəsmi Moskva münaqişə tərəfləri arasında bu gecə yarısı atəşkəsin tətbiq edilməsi üçün səy göstərəcək. Amma terror qruplaşmalarına bu qərar tətbiq edilməyəcək.

Atəşkəs uğurlu alınsa, rejim və müxalif güclər Türkiyə və Rusiyanın rəhbərliyi altında Astanada siyasi müzakirələrə başlayacaqlar.
Çavuşoğlu siyasi həll və atəşkəs məsələlərində razılıq əldə edildiyini bildirib. Atəşkəs terror təşkilatlarına şamil edilməyəcək. Türkiyə İŞİD və YPG-yə qarşı mübarizəyə davam edəcək.

Nazir deyib: \”PYF Astana görüşündə iştirak etməyəcək. Təşkilat BMT Təhlükəsizlik Şurasının qərarına görə bu prosesdə iştirak etməyəcək\”.

İnterpress.az.Az