Sabir Rüstəmxanlı: “Susun, hörmətli deputatlarımız!”backend

Sabir Rüstəmxanlı: “Susun, hörmətli deputatlarımız!”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu fikirləri Vətəndaş Həmrəyliyi Partiyasının sədri, Azərbaycanın xalq şairi, ictimai-siyasi xadim Sabir Rüstəmxanlı Ölkə.Az-a millət vəkili Astan Şahverdiyevin xalqı təhqir etməsilə bağlı məsələyə fikir bildirərkən deyib. Onun sözlərinə görə, belə deputatlar heç danışmasalar daha yaxşı olar.

“Kefli İsgəndərin sözü olmasın, “yatın ölülər”, demək lazımdır. Onlara demək lazımdır ki, “susun, hörmətli deputatlarımız!”. Çünki susmayanda, ağızlarını açıb danışanda nəsə problem yaranır. (Gülür – red.).

Konkret Astan müəllimə gəlincə, S. Rüstəmxanlı bu işə təəccübləndiyini deyir:

“Mən onu ciddi adam kimi tanımışdım. Birdən-birə niyə bu qədər böyük səhv edib, anlamadım. Mən Dünya Azərbaycanlıları Konqresinin sədri, diaspora işilə məşğul olan insan kimi həmişə demişəm ki, ölkəmizdən Azərbaycanın qaymaqları gedir. Təkcə Türkiyə universitetlərində çox sayda elmlər doktoru dərs deyir. Nə qədər alimlərimiz, akademiklərimiz var. Professorlarımız çalışır. Sankt-Peterburqda, Almaniyada ziyalılarımız var. Elə şəhərlər var, orada 15 min azərbaycanlı yaşayır. Tələbələr təhsil alır. Amerikada yüksək vəzifələrdə çalışan azərbaycanlılar var. Yumşaq desək, Astan Şahverdiyev nə qədər ehtiyatsız və dünyadan xəbərsiz olmalıdır ki, belə təhqirə yol versin? Bəlkə də kimlərinsə sözünə uyub”.

S. Rüstəmxanlı deyir ki, ölkədən gedənlərin hamısı eyni səviyyəli adam deyil. Məhz buna görə də, ümumi danışmaq olmaz:

“Müxalifətçi adı ilə gedib, əslində heç müxalifətə dəxli olmayan adamlar da var. Gedirlər, Azərbaycanın əleyhinə işlər aparırlar. Erməni soyadı ilə gedənlər var. Hətta cinsi azlıq adı ilə gedənlər var. Guya onlara Azərbaycanda təzyiq olunur. Belə insanlar var, amma bunlar çox azdır”.

İnterpress.az