Bayram üçün – “Odecca-mama” salatıbackend

Bayram üçün – “Odecca-mama” salatı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnqrediyentlər:
50 qr qızıl balıq
4 ədəd zolaqlı krevet
3 ədəd pomidor
1 ədəd xiyar
1 dəstə kahı
1 budaq reyhan
10 qr ağ küncüt
“Diyon” sousu
Limon və ya laym
“Diyon” sousu üçün:
1 x.q. “Diyon” xardalı
½ st. sirkə
100 ml zeytun yağı
½ x.q. şəkər tozu
½ ç.q. duz

Sousun hazırlanması:

Xardalın üzərinə şəkər tozu, duz və sirkə əlavə edilib qarışdırılır.
Qarışığa yağ qatılıb qarışdırılır.
Kahı yuyulur, salfetlə qurudulub əllə hissələrə bölünür.
Pomidor və xiyar (uzunsov) dilimlənir, balıq nazik şəkildə doğranır.
Kahının üzərinə sous tökülüb qarışdırılır.
Salatın üzərinə pomidor, xiyar, suda bişirilmiş krevetlər, balıq əlavə olunur.
Üzərinə sous gəzdirilib küncüt səpilir.
Salatın üzərinə zövqə görə limon və ya laym sıxılıb süfrəyə verilir.

İnterpress.az