Portağal şirəsində marinad edilmiş ördəkbackend

Portağal şirəsində marinad edilmiş ördək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tərkib:
1 ədəd ördək
3 ədəd portağal
3 çubuq darçın
5-7 ədəd zirə
5 ədəd alma
3 ədəd badyan
Duz, istiot

Hazırlanması:
Ördəyin sinə hissəsindən dərisi kəsilir. Portağalın qabığı soyulur, sürtgəcdən keçirilib şirəsi çəkilir. 1 ədəd darçın çubuğu, 1 ədəd zirə, 1 ədəd badyan xırdalanır, duz, isitot əlavə edilib qarışdırılır.
Ədviyyat qarışığı ördəyin hər tərəfinə çəkilir.
Üzərinə portağal şirəsi tökülüb, portağal qabığı əlavə olunur.
Ördək ara-sıra çevrilərək 1 sutka saxlanır.
Marinad edilmiş ördəyin içərisinə dilimlənmiş alma yığılıb, üstü salfetlə qurudulur.
Ördək formaya sinəsi üstə olmaq şərtilə yerləşdirilib 200 dərəcəyədək qızdırılmış sobada 15 dəqiqə bişirilir.
Sobanın temperaturu 100 dərəcəyədək asağı salınır.
Ördəyin ətrafına bütöv almalar yerləşdirilib, üzərinə qabda qalan marinad şirəsi tökülür.
Marinad olunmuş ördək 1 saat bişirilir.
Hazır ördək söndürülmüş isti sobada 30 dəqiqə saxlandıqdan sonra süfrəyə verilir.

İnterpress.az