Obamayla Ərdoğan razılığa gəldibackend

Obamayla Ərdoğan razılığa gəldi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az “Ria Novosti”yə istinadən xəbər verir ki, bu barədə Ağ Evin rəsmi nümayəndəsi Coş Ernest bildirib.
“Obama, Suriyada ümummilli atəşkəsə və hakimiyyətlə müxalifət arasında siyasi danışıqların bərpa olunması üçün Türkiyənin regional oyunçularla əməkdaşlıq üzrə səylərini alqışlayıb” – deyə, məlumatda bildirilir.
Tərəflər İraq və Suriyada İŞİD-lə mübarizə üzrə beynəlxalq koalisiyanın fəaliyyətində irəliləyişi qeyd ediblər, ABŞ və Türkiyə arasında əməkdaşlığın davam etdirilməsi və dərinləşdirilməsinin vacibliyini qeyd ediblər.
Ernestin məlumatına görə, Obama Yeni il gecəsi İstanbulda və dekabrın 17-də Kayseridə törədilən terror aktları nəticəsində çoxlu sayda insanların ölümü ilə bağlı Ərdoğana başsağlığı verib.
“Bundan başqa Obama və Ərdoğan Kipr adasındakı vəziyyəti müzakirə ediblər və gələcək diplomatik proseslərin adada yunan və türk icmalarının iştirakı ilə federasiyanın yaradılmasına dair sazişin əldə olunması ilə nəticələnəcəyinə ümidvar olduqlarını bildiriblər” – deyə, Ernest qeyd edib.

İnterpress.az