Xırda balıq uşaqları ölümcül xəstəlikdən qurtaracaqbackend

Xırda balıq uşaqları ölümcül xəstəlikdən qurtaracaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xərçəngin bu növü çox yayılıb, demək olar ki, xərçəng xəstəsi olan uşaqların üçdə biri leykozdan əziyyət çəkir.
Uşaqların bəzilərində leykozun inkişaf etməsini, digərlərində isə ləngiməsini öyrənmək üçün alimlər adəti üzrə olduğu kimi siçanlardan deyil, balaca danio-rerio balıqlarından istifadə edəcəklər.
Mütəxəssislər artıq həmin balıqlara leykoza \”cavabdeh\” olan insan genləri yeridiblər.
Balıqlarla təcrübə ucuz başa gəlir: 1 il ərzində siçanlara 100 dollar xərclənirsə, balıq üçün bu vəsait cəmi 1 dollardır. Həmçinin balıqlar minlərlə kürü tökür və bu zaman xəstəliyi işə salan triggerlərin köməyi ilə mütəxəssislər genetik bağlı minlərlə fərdi öyrənmək imkanı qazanırlar.
Vacib amillərdən biri də danio-rerioların şəffaf olmasıdır. Alimlər balığın bədənində qanın necə dövr etdiyini görəcəklər. Əgər balıq xəstələnsə, qanın da rəngi açılacaq.
Universitetin əməkdaşları ilk növbədə pestisidlərin leykoza cavabdeh genlərdə mutasiyaya səbəb olub-olmadığını yoxlayacaqlar. Eyni zamanda kənd təsərrüfatında geniş istifadə olunan propoksur, pestisid və insektisidlərin də xəstəliyin inkişafına təsir edib-etmədiyini sınaqdan keçirəcəklər.

İnterpress.az