Boşandığı həyat yoldaşına evlənmə təklifi – VİDEObackend

Boşandığı həyat yoldaşına evlənmə təklifi – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, baş direktorun 2015-ci ildə boşandığı və bir neçə ay öncə barışdığı aparıcı Özge Uzun dünən Çağla Şikel ilə Alişanın təqdim etdiyi \”Hər şey daxil\” verilişinə qonaq olub. Canlı yayıma sürpriz şəkildə qoşulan V.Üst Özge Uzuna evlilik təklifi edib. Aldığı təklifdən şoka düşən aparıcı keçmiş həyat yoldaşına \”bəli\” cavabını verib.

Cütlük proqramdan çıxdıqdan sonra nikah üçün müraciət edib. Qeyd edək ki, 2005-ci ildə evlənən və iki uşaq sahibi olan cütlük 2015-ci ilin may ayında boşansa da, noyabr ayında barışmışdı. Ayrılıq müddətində 20 kilo arıqlayıb, 82 kilodan 62-ə düşən Ö.Uzun \”Volkan ilə 3 həftə telefonda mesajlaşdıq. Sonra Azərbaycandan İstanbula gəldi, yeməyə çıxdıq. Bir-birimizdən ayrıla bilməyəcəyimizi anladıq\” deyərək barışdıqlarını açıqlamışdı.

İnterpress.azhttps://youtube.com/watch?v=Rv8wQZWw7MU