Bayram günlərində 12 nəfər içkidən zəhərlənibbackend

Bayram günlərində 12 nəfər içkidən zəhərlənib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, bu barədə Klinik Tibbi Mərkəzin Toksikologiya şöbəsinin müdiri, Respublikanın baş toksikoloqu Azər Maqsudov deyib. O bildirib ki, müraciətlər əsasən dəm qazı zəhərlənmələri ilə bağlı olub.

“Müraciət edənlərdən 7 nəfəri şöbəyə yerləşdirilib. Onlardan 2-si azyaşlıdır. Sərxoş halda isə 12 nəfər müraciət edib. Ən çox müraciət əsasən yanvarın 1-i və 2-də olub”.

Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin (RGEM) Qidalanma bölməsinin müdiri İmran Abdullayev isə bildirib ki, 5 günlük bayram tətilində qida zəhərlənməsi ilə bağlı kütləvi hal müşahidə olunmayıb.

“2-3 nəfərdə qida zəhərlənməsi müşahidə edilib ki, bu, adi günlərdə olan qida zəhərlənmələridir. Kütləvi zəhərlənmə faktı olmayıb”.

İnterpress.az