Bu dərmanlar kişilərdə sonsuzluq yaradırbackend

Bu dərmanlar kişilərdə sonsuzluq yaradır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az-ın məlumatına görə, aparılan araşdırmalar mədə göynəməsinə qarşı qəbul edilən dərmanların gənc kişilərdə sonsuzluq riskini üç qat artırdığını müəyyənləşdirib.
Mütəxəssislər xəbərdarlıq edir ki, bu dərmanları çox istifadə edən gənc kişilər uşaq sahibi olmaya bilər.

Lansoprazol (zoprol caps), Omeprazol ( Losec, Prisolec tb) tərkibli dərmanlar mədədə artan turşuluq miqdarını azaldaraq, mədə göynəməsi, qıcqırması kimi əlamətləri yox edir.

Araşdırmalara görə, milyonlarla insana tövsiyə edilən bu dərmanlar gənc kişilərin bir qismində sonsuzluğa səbəb olur. 20-30 yaşlardan etibarən 6 ay və daha uzun müddətə bu dərmanları qəbul edin kişilərdə sperma azlığı ehtimalı üç qat daha çox olur.

Bu dərmanların istifadə müddəti maksimum 4 həftədir

Bəzən insanlar illərlə bu dərmandan istifadə edirlər. Altı aydan daha az müddətdə bu dərmandan istifadə edən kişilərdə sperma sayı mənfi təsir görmür, amma altı aydan çox qəbul edilərsə, sperma keyfiyyəti aşağı düşür. Buna səbəb bu dərmanların bağırsaqlardakı ortamı dəyişdirərək sağlam sperma yaranmasında əhəmiyyəti olan Vitamin B-nin çatışmazlığına yol açmasıdır. Odur ki, çox ehtiyac duyulmayan hallarda bu dərmanlardan istifadə edilməməlidir.

İnterpress.az