Ən çox rüşvətxorluq olan universitetlər – SİYAHIbackend

Ən çox rüşvətxorluq olan universitetlər – SİYAHI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az A24.Az-a istinadən xəbər verir ki, Media Təqib Mərkəzi ölkədə mövcud olan bütün sahələrin analizini aparır. Monitorinq sahəsinə ölkədə dərc olunan 100-ə qədər qəzet və jurnal (o cümlədən, 35 gündəlik qəzet), elektron vasitələrdə yayımlanan 1600 sayt (o cümlədən, 500 gündəlik yenilənən sayt), 12 televiziya kanalı, 12 radio kanal və sosial şəbəkələr daxildirlər.

Media Təqib Mərkəzi universitetlərlə bağlı dekabr ayı üzrə məlumatları təqdim edir:

2016-cı ilin dekabr ayında elektron mətbuatda, yəni sayt və portallarda universitetlərlə əlaqəli 8955 xəbər yerləşdirilib. Bunlardan 68 xəbər mənfi, 109 xəbər müsbət, 8778 xəbər isə neytraldır. Mənfi xəbərlər arasında liderlər: Gəncə Dövlət Universiteti (28 xəbər – universitetdə saxtakarlıq, rüşvət, pul yığımı, saxta dekan seçkiləri və s.), Dövlət İqtisad Universiteti (14 xəbər – rektor haqqında şikayət). Müsbət xəbərlər arasında liderlər: Bakı Slavyan Universiteti (80 xəbər – universitetin əməkdaşlarının təltif olunması), Bakı Dövlət Universiteti (27 xəbər – Abel Məhərrəmovun ilin rektoru seçilməsi).

Xəbər sayına görə sıralama:

1 Bakı Dövlət Universiteti 1145 xəbər
2 İqtisad Universiteti 648 xəbər
3 Neft və Sənaye Universiteti 513 xəbər
4 ADA Universiteti 452 xəbər
5 Texniki Universitet 428 xəbər
6 Dillər Universiteti 425 xəbər
7 Bakı Slavyan Universiteti 408 xəbər
8 Pedaqoji Universitet 326 xəbər
9 Tibb Universiteti 325 xəbər
10 Bakı Ali Neft Məktəbi 309 xəbər

Yazılı mətbuatda (qəzet və jurnallarda) bu sektorla əlaqəli 1874 xəbər dərc edilib. Bu xəbərlərdən 1858-i neytral, 14-ü müsbət, 2-si isə mənfi xəbərlərdir. Mənfi xəbərlər Gəncə Dövlət Universitetinə (2 xəbər – rektor haqqında iddialar) məxsusdur. Müsbət xəbərlər isə Bakı Slavyan Universiteti (9 xəbər – universitetin əməkdaşlarının təltif olunması) və Bakı Dövlət Universitetinə (5 xəbər – Abel Məhərrəmovun ilin rektoru seçilməsi) aiddir.

Xəbər sayına görə sıralama:

1 Bakı Dövlət Universiteti 316 xəbər
2 İqtisad Universiteti 155 xəbər
3 Bakı Slavyan Universiteti 116 xəbər
4 Tibb Universiteti 88 xəbər
5 Texniki Universitet 87 xəbər
6 Pedaqoji Universitet 85 xəbər
7 Neft və Sənaye Universiteti 77 xəbər
8 Mədəniyyət və İncəsənət Universiteti 76 xəbər
9 Dövlət İdarəçilik Akademiyası 62 xəbər
10 Naxçıvan Dövlət Universiteti 60 xəbər

Dekabr ayında televiziya kanallarında universitetlər haqqında 253 xəbər göstərilib:

Xəbər sayına görə sıralama:

1 Bakı Dövlət Universiteti 44 xəbər
2 ADA Universiteti 44 xəbər
3 İqtisad Universiteti 15 xəbər
4 Pedaqoji Universiteti 14 xəbər
5 Bakı Slavyan Universiteti 13 xəbər
6 Bədən Tərbiyəsi və İdman Akademiyası 12 xəbər
7 Aqrar Universiteti 11 xəbər
8 İdarəçilik Akademiyası 10 xəbər
9 Qafqaz Universiteti 10 xəbər
10 Bakı Musiqi Akademiyası 10 xəbər

İnterpress.az