“Türkiyənin təhlükəsizliyi Naxçıvandan başlayır”backend

“Türkiyənin təhlükəsizliyi Naxçıvandan başlayır”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada “Keçiören” metro stansiyasının açılışında bildirib.

“Bu günə kimi sınamadıqları yol, qaşımadıqları həssaslıq qalmayıb, amma uğurlu ola bilmədilər. Bu məsələdə (edam istəyirik şüarları əsasında) nə dediyimi yaxşı bilirsiniz. Parlament bunu müzakirə edir. Mənə gələcəyi təqdirdə bunu qəbul edəcəm. Bunu demişəm. Mənim bu haqda inancım budur. Qatili əfv etmə səlahiyyəti dövlətin deyil. Qatili əfv etmə səlahiyyəti varsa, qurbanın yaxınlarınındır. Dövlətə qarşı cinayətlər varsa burada dövlətin onları əfv etmə səlahiyyəti var. Cəmiyyətin bir qismini digərinə qarşı təhrik etmək istəyənlər yenə ortada qaldılar. Millətimiz hansı kökdən hansı inancdan olursa olsun onu yaxşı görür”.

Ərdoğan əlavə edib ki, Türkiyə terror təşkilatlarının birgə hücumu altındadır:

“Bu millət ər meydanından heç vaxt qaçmayıb. Bizi bir vaxtlar İŞİD-lə mübarizə aparmır – deyə günahlandıranların İŞİD-in üzərinə gedəndə daha irəli getməyin, 20 kilometri keçməyin demələri təsadüfi deyil. Kişi kimi qarşımıza çıxa bilməyənlər terror təşkilatları ilə bizi arxadan bıçaqlamağa çalışırlar. Məlum oldu ki, bunların dərdi bölgəni İŞİD-dən təmizləmək deyil. İŞİD, PKK, YPG, FETÖ, DHKP-C – bunların bir-birindən heç bir fərqi yoxdur.

Suriyadakı, İraqdakı Ərəb, Türkmən qruplar onların oyunlarında asanlıqla fəda ediləcək qruplar ola bilər. Bizim üçün bu insanlar min illik qardaşlığımız olan insanlardır. Regionda qeyri-sabitlik və terror təhdidi var. Biz qonşu ölkələrdə bu təhdidi aradan qaldırmasaq, təhlükəsiz şəraitdə yaşaya bilmərik. Biz terror təhdidinin kökünü kəsməliyik. Bu mənada Qaziantepin təhlükəsizlik zonası Hələb, Mersinin Kipr, Qarsın Naxçıvan, Frakiyanın təhlükəsizliyi isə Balkan ölkələrinin ərazilərindən başlayır”.

İnterpress.az