30 yaşlı kişi qolunu doğradıbackend

30 yaşlı kişi qolunu doğradı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, Zaqatala Mərkəzi Rayon Xəstəxanasından (MRX) APA-ya verilən məlumata görə, yanvarın 5-i axşam saat 19 radələrində Zaqatala şəhəri, Azərbaycan prospektindəki binalardan birində yaşayan 1987-ci il təvəllüdlü Müseyib Akif oğlu Hüseynov sol qolunun çoxsaylı kəsiyi xəsarəti ilə xəstəxanaya daxil olub. Müayinə zamanı məlum olub ki, M. Hüseynov hələlik məlum olmayan səbəbdən intihar etmək məqsədi ilə kəsici alətlə özünə xəsarət yetirib.

Faktla bağlı Zaqatala Rayon Prokurorluğunda araşdırma aparılır.

İnterpress.az