“Rusiyaya gizli zərbələr vurmuşuq” – Co Baydenbackend

“Rusiyaya gizli zərbələr vurmuşuq” – Co Bayden

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu ABŞ-ın vitse-prezidenti Co Bayden deyib.

“Bəzi addımlar sizə məlumdur, bizim tətbiq etdiyimiz bəzi addımları isə siz heç bu vaxt bilməyəcəksiniz”, – deyə Bayden vurğulayıb.

İctimaiyyətə məlum olan addımlara nümunə olaraq Bayden rus diplomatların ölkədən çıxarılmasını göstərib.

Qeyd edək ki, ABŞ 35 rusiyalı diplomatın ölkədən çıxarılması ilə bağlı qərar qəbul edib. Rusiyalı diplomatlar prezident seçkilərinə müdaxilə etməkdə və diplomatik fəaliyyətin pozulmasında ittiham ediliblər. Rusiya tərəfi isə buna cavab olaraq amerikalı diplomatların ölkədən çıxarılmayacağını bəyan edib.

İnterpress.az