Hadi Rəcəblidən ev alması xəbərinə reaksiyabackend

Hadi Rəcəblidən ev alması xəbərinə reaksiya

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hadi Rəcəbli facebook səhifəsində bildirib ki,

2016-ci il Azərbaycan mətbuatında bir çox yalan və böhtanlarla dolu, əsassız informasiyaların yayılmasına şahid olub.

“2017-ci ildə nəhayət bu tipli məlumatların olmayacağına, mətbuatın daha dolğun və əsaslı məlumatlar yazacağına inansaq da, yeni il başlayar başlamaz yeni bir qarayaxmanın şahidi olduq.

Bu tipli yalanları yayanlar ölkədə olan sabitliyi və əminamanlığı pozmağa, müxtəlif kateqoriyadan olan həssas qrupları,sadə insanları hakimiyyətə qarşı qaldırmağa çalışırlar.

Və bu baş tutmadığı halda niyyətlərindən əl çəkməyərək müxtəlif sahələri əhatə edən yalanlar uydururlar. İndi də fantaziya ona çatıb ki guya Hadi Rəcəbliyə mənzil veriblər. Özü də Oqtay Əsədovla qonşuluqda.

Tamamilə yanlış olan bu məlumat əksər saytlarda, facebook səhifələrində yayılıb. Hətta etikadan kənar şərhlərlə müşayiət olunub”.

İnterpress.az