Ganja”dan marixuana qalmaqalına reaksiyabackend

Ganja”dan marixuana qalmaqalına reaksiya

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, ictimaiyyətlə əlaqələr üzrə məsul şəxsi adından BakiPost.az-a daxil olan açıqlamada loqoda istifadə olunan yarpağın marixuana deyil, çinar yarpağı olduğu qeyd olunub: \”Ganja Bistro restoranının rəsmi loqosundakı yarpaq Gəncə şəhərində yetişən endemik xan çinarlarının yarpağı ilə assosasiya edilir. Şəhərdə sayı 200-dən çox olan bu ağacların yaşı 150-1500 il arasında dəyişir. Nəzərinizə çatdırmaq istərdik ki, Gəncədə yerləşən və 1606-cı ildə tikilən Xan Abbas məscidinin həyəti bu çinarla bəzədilib.

\”Ganja Bistro” restoranının simvolu çinar yarpağıdır. Bir çox ölkələr bu təcrübəni öz brendlərində tətbiq edirlər. Buna ən yaxşı misal Kanadadır. Kanadanın rəsmi bayrağında ağcaqayın ağacının yarpağı var”.

Xatırladaq ki, BakiPost.az-da bir neçə gün əvvəl Bakida yerli əhalidə, əsasən də turistlərdə çaşqınlıq yaradan \”Ganja Bistro” restoranı haqda yazı dərc edilmişdi. Məlumatda bildirilirdi ki, \”Ganja\” restoranının adı və üzərindəki şəkl yerli əhali ilə yanaşı turistlərin diqqətini çəkib. \”Ganja\” ingilis dilindən tərcümədə marixuana anlamını verdiyindən, interyerdəki ilk baxışdan xaş-xaşa oxşayan şəkil də fikirləri qədim Gəncə şəhərinin adından daha çox sözün tərcüməsinə – narkotik vasitəyə yönəldib.

İnterpress.az