“Qarabağ”dan daha bir transferbackend

“Qarabağ”dan daha bir transfer

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, \”İnter\”dən ayrılan, milli komandamızın üzvü Ağabala Ramazanovla 1.5 illik müqavilə imzalanıb.

Qeyd edək ki, 24 yaşlı hücumçu daha əvvəl \”Neftçi\”, \”Xəzər Lənkəran\”, \”Sumqayıt\” və \”İnter\” klublarının formasını geyinib. 2014-cü ildən milli komandamıza dəvət alan Ağabala Ramazanov 1 qolla yadda qalıb.

Ağabala Ramazanov bu gün komandamızın Antalyada baş tutan qış təlim-məşq toplanışına qoşulub.

Xatırladaq ki, bundan əvvəl \”Qarabağ\” \”Neftçi\”dən Elşən Abdullayevi heyətinə qatıb.

İnterpress.az