Ləvəngi qutabbackend

Ləvəngi qutab

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tərkib:
1 ədəd qırmızı soğan
200 qr qoz ləpəsi
2 x.q. nar turşusu
1 ədəd nar
Kərə yağı
Duz, istiot

Xəmir üçün:
4 st. un
1 ədəd yumurta
İlıq su
Duz

Xəmirin hazırlanması:

Una yumurta, bir qədər su və duz qatılıb xəmir yoğrulur.
Xəmir 70-100 qr kündələrə ayrılır.
Kündələr dəsmalın üzərinə yığılır, üstü dəsmalla örtülüb, 5-10 dəqiqə saxlanır.
Ləvənginin hazırlanması:
Soğan ətçəkən maşından keçirilib acı suyu sıxılır.
Üzərinə ətçəkən maşından keçirilmiş qoz əlavə edilir.
Kütləyə nar turşusu, duz və istiot əlavə edilib qarışdırılır.
Kündələr dairə formasında yayılır.
Ləvəngi dairənin içərisinə qoyulur, aypara şəklində bükülüb kənarları bərkidilir.
Qutab əridilmiş kərə yağında qızardılır.
Hazır qutab süfrəyə isti halda üzərinə nar dənələri səpilərək verilir.

İnterpress.az