Milli şorbamız – Əvəlik istibackend

Milli şorbamız – Əvəlik isti

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tərkib:

30 qr əvəlik (qurudulmuş)
3-5 qr razyana toxumu
2-3 ədəd alça qurusu
2-3 st. ət bulyonu
¼ ədəd baş soğan
25 qr kərə yağı
Duz, istiot

Umac üçün:

25 qr kərə yağı
1 x.q. un
Duz

Hazırlanması:

Əvəlik ilıq suda isladılır.
Suyu süzülür, sapları ayrılıb pörtlədilir.
Üzərinə xırda doğranmış soğan əlavə edilib yağda qovrulur.
Qarışığa bulyon tokülür, alça qurusu əlavə edilir, razyana toxumları, duz və istiot səpilib qaynadılır.

Umacın hazırlanması:

Kərə yağı əridilir, üzərinə un və duz səpilib qovrulur.
Umac, qaynayan bulyona qasıq-qasıq əlavə olunub bişirilir.
Umaclı əvəlik isti halda süfrəyə verilir.

İnterpress.az