4 avtomobil toqquşdu – Ölən və yaralananlar varbackend

4 avtomobil toqquşdu – Ölən və yaralananlar var

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sabunçu Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Zabrat-Maştağa yolunda baş verib. Dörd minik avtomobilinin toqquşması ilə nəticələnən qəza nəticəsində 1 nəfər ölüb, 4 nəfər xəsarət alıb.

Yaralılar 3 saylı şəhər kliniki xəstəxanasına yerləşdiriliblər. Xəstəxanadan APA-ya verilən xəbərə görə, onlardan birinin vəziyyəti ağır, üçünün vəziyyəti isə stabildir. Yaralılardan biri azyaşlı uşaqdır.

Məlum qəza səbəbindən Zabrat yolunda tıxac yaranıb.

İnterpress.az