“Rustavi 2” telekanalının baş direktoru döyüldübackend

“Rustavi 2” telekanalının baş direktoru döyüldü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, “Rustavi 2” telekanalının baş direktoru Nika Qvaramiya dostu ilə birlikdə Tbilisidəki “Dining Room” restoranında olarkən naməlum şəxslərin hücumunə məruz qalıb.

Onun sözlərinə görə, əvvəlcə restoranın işıqları sönüb. Bu an kimlərsə qəfil içəri daxil olub və onlara hücum ediblər. Naməlum şəxslər Nika Qvaramiyanın başından vurublar.

“İnanıram ki, polis cinayətkarları tutacaq. Onların tezliklə tapılmasını və cəzaverilməsini istəyirəm”, – deyə Nika Qvaramiya bildirib.

Faktla bağlı polis araşdırmalara başlayıb.

İnterpress.az