Bizi Facebook`da izləyin

20 saniyəyə bağlanır... Bağla


Tramp Tereza Meyi səbirsizliklə gözləyir

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp bildirib ki, yazda Vaşinqtonda baş tutacaq Böyük Britaniyanın baş naziri Tereza Mey ilə görüşü səbirsizliklə gözləyir.

Dərc edilib 8 yanvar 2017 [09:56]

İnterpress.az "Ria Novosti"yə istinadən xəbər verir ki, Tramp bunu öz "Twitter" hesabında yazıb.

"Mən yazda Vaşinqtonda baş tutacaq baş nazir Tereza Mey ilə görüşü səbirsizliklə gözləyirəm. Böyük Britaniya ABŞ-ın çoxdankı və xüsusi mütəffiqidir", - Tramp "Twitter" yazıb.

Qeyd edək ki, cümə günü məlum olub ki, britaniyalı siyasətçi prezident Donald Tramp ilə görüş üçün ABŞ-a səfər edəcək. Səfərin dəqiq tarixi açıqlanmır.

İnterpress.az














Oxşar xəbərlər





Dərmanların qiyməti dolların məzənnəsinə uyğun dəyişəcək


Cəmi səslər: 445