Bəxtiyar Hacıyev partiya rəhbərlərini qınadı…backend

Bəxtiyar Hacıyev partiya rəhbərlərini qınadı…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Son zamanlar ölkədə baş verən neqativ hadisələrə virtual etirazlar artsaa da real həyatda bu etirazlara rast gəlinmir. Bəzi ekspertlərin bildiridiyinə görə, virtual etirazlardan sonra insanlar real etiraz etməyi yadırğayıb, virtual etiraz edən insanlar bununla öz işlərini bitmiş hesab edir.

İnterpress.az xəbər verir ki, tanınmış ictimai fəal, Müsbət Dəyişiliklər Hərəkatının sədri Bəxtiyar Hacıyev məsələ ilə bağlı Moderator.az-a danışıb:

“Məncə, etirazı online və internetdən kənar etirazlara bölməkdənsə, fərdi və təşkilatlanmış etirazlara bölmək lazımdır. Çünki online etiraz da etirazın bir formasıdır və insanlar hər hansı bir məsələyə etirazlarını bildirirlər, bu, kütləvi hal aldıqda, məsələyə müdaxilə edilir və həll olunur. Buna xeyli misallar vermək olar ki, hər hansı bir qərara, çıxışa internet üzərindən kütləvi etiraz olur və həmin qərar ləğv edilir, çıxışa görə üzr istənilir. Ancaq indi çatışmayan təşkilatlanmış etirazdır. Əvvəllər internet üzərindən insanlar təşkilatlanır, sosial şəbəkələrdə həmfikirlərini tapır və küçələrdə etiraz aksiyalarına çıxırdılar. İndi isə bunlar baş vermir. Bunun kökündə isə bu etirazları təşkil edəcək şəxslərin sosial şəbəkələrdə fərdi etirazlarını ifadə etməklə kifayətlənməsi dayanır. Siyasi partiyalar, hərəkatlar, ictimai fəal şəxslər online təşkilatlanmaq, sosial şəbəkələrdəki etirazı real etirazlara yönəltmək istiqamətində çalışmırlar.”

İnterpress.az