“Ordubad”-ın küftəsibackend

“Ordubad”-ın küftəsi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tərkib:

1 ədəd bildirçin yumurtası
3-4 ədəd alça qurusu
½ ədəd baş soğan
200 qr qoyun əti
25 qr kərə yağı
300 ml ət bulyonu
1 ədəd kartof
50 qr noxud
20 qr düyü
Sarıkök
Duz, istiot
Nanə qurusu

Hazırlanması:

Noxud axşamdan isladılıb bişirilir. Soğan xırda doğranır. Ət tikələrə doğranıb daşla döyülür. Üzərinə soğan, bişmiş noxud qatılıb təkrar döyülür. Kütləyə düyü, duz və istiot əlavə edilir, qarışdırılıb yoğrulur. Bildirçin yumurtası suda bişirilib qabığı soyulur. Ət qarışığından küftələr hazırlanır. Küftənin içərisinə yumurta qoyulub yumurlanır. Bulyon qaynadılır, üzərinə əridilmiş kərə yağı tökülür.Küftələr bulyona salınıb zəif odda bişirilir. Üzərinə doğranmış kartof, alça qurusu, sarıkök əlavə olunur. Hazır küftənin üzərinə nanə qurusu səpilib süfrəyə verilir.

"Ordubad"-ın küftəsi

İnterpress.az