Samovarda düşbərə – Dadına baxınbackend

Samovarda düşbərə – Dadına baxın

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xəmir üçün:
2 st. un
1 ədəd yumurta
İlıq su
Duz

İçlik üçün:
250 qr qoyun əti
1 ədəd baş soğan
Duz, istiot

Üzəri üçün:
Nanə qurusu
Sarımsaq
Üzüm sirkəsi

Ət bulyonu

Xəmirin hazırlanması:

Unun üzərinə yumurta, duz və ilıq su əlavə edilib xəmir yoğrulur.
Xəmirdən kündələr hazırlanır, üzərinə dəsmal salınıb dinləndirilir.

İçliyin hazırlanması:
Ət baş soğanla ətçəkən maşından keçirilir.
Üzərinə duz və istiot səpilib qarışdırılır.

Kündə un səpilmiş masada oxlovla 40 sm diameti olan dairə formasında açılır.
Açılan xəmir bıçaqla 2,5 sm kvadratlara kəsilir.
Hər kvadratin ortasına bir çimdik içlik qoyulur.
Kvadratın iki əks ucu bir yerə gətirilib yapışdırılır.
Alınan üçbucağın iki ücü birləşdirilib, un səpilmiş siniyə düzülür.
Samovara köz salınıb, içərisində bulyon qaynadılır.
Düşbərələr qaynayan bulyona əlavə edilib 7-8 dəqiqə bişirilir.
Hazır düşbərə kasaya tökülür, üzərinə nanə qurusu səpilir.
Süfrəyə sirkə-sarımsaqla verilir.

Samovarda düşbərə - Dadına baxın

İnterpress.az