Qanunsuz dağ keçisi ovlayan şəxs saxlanılıbbackend

Qanunsuz dağ keçisi ovlayan şəxs saxlanılıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az-ın məlumatına görə, Babək Rayon Polis Şöbəsinin əməkdaşları Nehrəm kənd sakini Bayram Məmmədovu kəndin ərazisində dağ keçisi ovladığına görə saxlayıblar.

Nehrəm kəndi ərazisində ferması olan B. Məmmədov iki gün əvvəl özünəməxsus ov silahı ilə dağ keçisini ovlayıb.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, 2001-ci ildən Naxçıvanda ova qadağa qoyulub. Məqsəd nadir və nəsli kəsilməkdə olan fauna növlərinin qorunması və sayının artırılmasına nail olmaqdır.

İnterpress.az